25.06.2015 / 02:45 xeber –
Kamerunlu ulduz futbolçu Samuel Etonun Türkiyənin "Antalyaspor"a keçidi rəsmiləşmək üzrədir.
Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, futbolçu artıq yeni komandası ilə müqavilə imzalamaq üçün Türkiyədədir. Artıq bu gün futbolçu ilə rəsmi müqavilə imzalanacağı gözlənilir.
Qeyd edək ki, Samuelin son klubu İtaliya "Sampdoriya"sı olub.
mənbə :
lent.az