08:32 xeber – Minnesota ştatının Nümayəndələr Palatası Azərbaycan Respublikasının (Azərbaycan Xalq Cumhuriyyəti) yaradılmasının 97-ci ildönümünə həsr edilən qətnamə qəbul edib.
Qətnamədə 1918-ci ildə yaradılmış Azərbaycan Respublikasının müsəlman dünyasının ilk demokratiyası olduğu və Azərbaycanın ABŞ-dan belə öncə 1919-cu ildə qadınlara səsvermə hüququ verdiyi vurğulanır.
Bununla yanaşı, sənəddə 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyini bərpa etdiyi və müstəqillik dövründə ölkəmizin qlobal təhlükəsizlik və sabitlik üçün əhəmiyyətli bir regionda ABŞ-ın vacib tərəfdaşına çevrildiyi qeyd edilir.
mənbə :
anspress