09:21 xeber – Türkiyənin tanaınmış aktrisası və müğənnisi ailə qurmağa hazırlaşır. ANS PRESS-in məlumatına görə, bu dəfə gənc aktrisa Merve Boloğur və ifaçı Murad Dalkılıç toya hazırlaşır.
Cütlüyün toyunun avqust ayında baş tutması planlaşdırılır.
Beş aylıq ayrılıqdan sonra yenidən barışan aktrisa və müğənni artıq evlilik hazırlığına başlayıblar. Yayılan məlumata görə, Murad sevgilisinə barışan kimi evlilik təklifi edib və “hə” cavabını alıb. Bundan sonra onlar uzun müddət gözləmək istəməyiblər.
Onların nigah üçün gün belə seçdikləri bəllidir. Lakin cütlük bu günü açıqlamayıb.
Qeyd edək ki, M.Boloğur Azərbaycan tamaşaçısına da yaxşı tanışdır. Aktrisa bir sıra seriallarda rol alıb. Ən son isə dünyanın dörd bir yanından izlənmə rekordları qıran “Mühteşem yüzyıl” serialında sultan obrazlarından birini canlandırıb.
Seriala çəkildiyi ərəfədə Merve Muradla tanış olub və birlikdəlikləri başlayıb. Lakin bir illik münasibət ayrılıq ilə nəticələnmişdi. Gənc sevgililər bir-birindən 5 ay ayrı qala bilib.
Barışıqlarını isə Bodrumda keçirdikləri tətil ilə qeyd ediblər.
mənbə :
anspress