10:38 xeber – Gürcüstanda Azərbaycan dilində nəşr olunan “Renessans.ge” saytında dərc olunmuş bir karikatura Borçalı müsəlmanlarını ciddi şəkildə qəzəbləndirib.
ANS PRESS-in məlumatına görə, Gündüz Ağayev tərəfindən çəkilmiş karikaturada məscid siluetini əks etdirən qəfəs dağılır və içərisindən kitab çıxır. Bu, Marnauelidə fəaliyyət göstərən İmam Əli adına xeyriyyə cəmiyyətinin sədri Cavid Qurbanovu ciddi narahat edib. O, saytdan karikaturanı dərhal çıxarmağı tələb edib.
Saytın jurnalistləri isə karikaturada heç də İslamın nəzərdə tutulmadığını, sadəcə Borçalıda yığcam yaşayan azərbaycanlıların elmə və savada çağrıldığını iddia edirlər. Onlar gürcü mətbuatına şikayət edərək islamçılar tərəfindən hədələndiklərini bildirirlər.
Saytın təmsilçisi Aida Tağıyeva Kaxeti informasiya mərkəzinə bildirib ki, karikaturanı yayımdan çıxarmaq fikirləri yoxdur, çünki hesab edirlər ki, rəsm müsəlmanları təhqir etmir.
Beliklə, Gürcüstanda yaşayan azərbaycanlılar arasında başlamış qalmaqal məhkəməyə doğru gedir.
mənbə :
anspress