16:15 xeber – İyunun 23-də itkin düşmüş hərbçilərin meyiti tapılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, itkin hərbçilər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları kiçik çavuş Musayev Musa Sabir oğlu və kiçik çavuş Yolçuyev Tural Sahib oğlu olub.
Onların axtarışları Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib. İyunun 25-də hərbi qulluqçuların meyitləri qarşı tərəfdə minalanmış sahədə aşkar edilib.
Görülən tədbirlər nəticəsində cəsədlər ərazidən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, kiçik çavuş Musayev Musa Sabir oğlu və kiçik çavuş Yolçuyev Tural Sahib oğlunun Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu sahəsində qoşunların təmas xəttində dağ-meşə şəraitində yolu azmaları və qarşı tərəfdə olduqları ehtimal edilirdi.
mənbə :
anspress