25.06.2015 / 16:26 xeber –
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olan bakalavrların qeydiyyat müddəti dəyişdirilib.
TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qəbul olan bakalavrların qeydiyyatı 2015-ci il iyun ayının 29-dan iyul ayının 10-dək (şənbə və bazar günləri istisna olmaqla) aparılacaq. Bakalavrlar göstərilən müddətdə tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcək.
Boş qalan plan yerlərinin avqust ayında elan olunması və həmin yerlərə müsabiqənin keçirilməsi nəzərdə tutulur.
mənbə :
lent.az