20:04 xeber – Bu gün Bakı-2015 I Avropa Oyunlarında boks üzrə yarışlarda ilk qızıl medalmızı qazandıq. ANS PRESS-in məlumatına görə, Azərbaycan boksçularından Teymur Məmmədov komandamıza ilk çempionluq sevincini yaşatdı.
81 kq çəki dərəcəsində ilk 4 döyüşündə rəqib tanımayan Teymur Məmmədov bu gün boks yığmamıza ilk qızıl medalı qazandırıb. Yarımfinalda rusiyalı Pavel Silyaginə çətin anlar yaşadan Olimpiya Oyunlarının bürünc mükafatçısı, Avropa çempionu və dünya ikincisi həlledici görüşdə italiyalı Valentino Manfredoniaya da gücünü göstərib.
O, çempionluq döyüşünü də aktivinə yazmaqda ciddi müqavimətlə üzləşməyib. Manfredonianı 3:0 (30:27; 30:27; 30:27) hesabı ilə məğlub edən Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bu, yığmamızın 15-ci “qızıl”ı, ümumilikdə isə ölkəmizin 44-cü mükafatı olub.
mənbə :
anspress