22:58 xeber – Ordu günü, Qusarda coşqu ilə qeyd olunub. Geniş tədbir sonda yürüşlə başa çatıb.
ANS TV-nin məlumatına görə, Müdafiə Nazirliyinin Qusarda yerləşən hərbi hissəsində Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 97-ci il dönümünə həsr olunmuş geniş bayram mərasimi keçirildi.
Mərasimdə Qusar İcra Hakimiyyəti, hüquq-mühafizə organlarının rəsmiləri, qonşu rayonların inzibatı orqan və sərhəd xidməti təmsilçiləri ziyalılar, müharibə veteranları iştirak edirdilər.
Çıxışlarda şanlı Azərbaycan Ordusunun keçdiyi şərəfli yolundan danışıldı. Hərbi hissənin komandiri Xalid Məmmədov bütun şəxsi heyətə nazir Zakir Həsənovun təbrikini çatdırdı.
Sonra söz hərbi hissənin kəşfiyyat bölüyunə verildi. Hərbi hissənin kəşfiyyat bölüyunun əməkdaşları öz məharətlərini göstərirdilər.
Qusarlı kəşfiyyatçılar dəmir plitə üzərində xüsusi döyüş səhnəsi yaratdılar.
Hərbçi İmaməddin İsgəndərov sözlərinə görə, Azərbaycan ordusunun döyüş qabiliyyəti yüksəkdir və sevinirəm ki, Azərbaycan ordusunda xidmət edirəm.
Xidmətdə fərqlənən hərbiçilərin mükafatlandırılmasından sonra səxsi heyət hərbi kecid etdi.
Daha sonar isə əsgərlər hərbi hissədən şəhərin mərkəzinə general Mahmud Əbilov adına meydana qədər olan 7 km məsafədə yürüş etdilər.
mənbə :
anspress