01:43 xeber – Bu gün Bakı-2015 I Avropa Oyunlarında qadın voleybolçuların mübarizəsinə yekun vurulacaq.
ANS PRESS-in məlumatına görə, yarışın son günündə mükafatçıların adlarına aydınlıq gələcək. Yarımfinalda gərgin mübarizənin yekununda Türkiyəyə məğlub olan Azərbaycan yığması bürünc medal üçün meydana çıxacaq.
Komandamız fəxri kürsüdə yer almaq üçün Serbiya ilə qarşılaşacaq. Final qarşılaşması isə 18:30-da start götürəcək. Avropa Oyunlarının qalibi adı Türkiyə – Polşa duelində bəlli olacaq.
Azərbaycan – Serbiya – bürünc medal uğrunda 16:00.
Türkiyə – Polşa – final 18:30.
mənbə :
anspress