21:10 xeber – Türkiyə millisinin üzvü Arda Turan “Atletiko” Madrid klubundan ayrılacağı və “Barselona” ilə razılığa gəldiyi haqda yayılan xəbərlərə münasibət bildirib.
ANS PRESS-in məlumatına görə, Arda Turan “Tvitter” səhifəsində barəsində yazılanları təkzib edib:
“Haqqımda yayılan transfer xəbərləri həqiqəti əks etdirmir. Menecerim 3-4 klubla danışıqlar aparır. Bir yenilik olsa, burda yazacam”.
Qeyd edək ki, Arda ilə “Mançester Yunayted”, “Çelsi” və PSJ-nin də maraqlandığı deyilir.
mənbə :
anspress