21:12 xeber – Bakıda ilk Avropa oyunlarının bağlanış mərasimində bir neçə ölkənin dövlət və hökümət başçıları iştirak edir.
ANS PRESS-in stadionda olan əməkdaşının verdiyi məlumata görə, mərasimin aparıcıları Murad Dadaşov və Hüsniyyə Məhərrəmovadır.
Qeyd edək ki, mərasimin şou hissəsindən sonra bədii hissəyə start verilib. Video çarxlar nümayiş etdirildikdən sonra Bakı Olimpiya Stadionunda Azərbaycanın Dövlət Himni səsləndirilib. Himni məşhur müğənnilər səsləndiriblər. Onların arasında Səbinə Babayeva, Röya və başqaları olub.
Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və stadiondakı bütün izləyicilər himni ayaqüstə dinləyib və oxuyublar.
20:48
İlk dəfə keçirilən Avropa Oyunlarının bağlanış mərasimi başladı.
ANS PRESS-in məlumatına görə, Bakı – 2015-in diqqət mərkəzi bağlanış mərasimi üçün yenidən Olimpiya Stadionuna qayıdıb.
Avropalı idmançılar Xəzər dənizinin yaxınlığında baş tutacaq Açılış Mərasimi ilə eyni dərəcədə unudulmaz tədbirin şahidi olmaqdadlrlar.
Avropa Oyunları başa çatsa da, oyunların onun ruhu daim yaşayacaq.
Bakı 2015-in Bağlanış Mərasimi barədə əlavə faktlar:
– Stadionun daxilində 250 metr uzunluğunda 7,5 ton ağırlığa tab gətirən xətlər çəkilib
– Üç səhnədə istifadə ediləcək 450 m2- lik LED döşəmə plitələri
– Mərasimin təşkil edilməsi üçün 20 ölkədən 500-dən çox yük maşını ilə və hava yolu ilə gətirilmiş 100 ton həcmində yük
– 800 səsgücləndirici və səs sistemi üçün 25 km uzunluğunda naqil
– 2000-dən çox işıqlandırma qurğusu
– Çəkiliş və işçi heyəti tərəfindən istifadə ediləcək 12 mindən çox qulaqcıq və 180 mindən çox akkumulyator
– 2011-ci ildən etibarən Olimpiya Stadionunun tikintisinə 20,5 milyon saat əmək sərf olunub
– 10 min ədəd pirotexniki qurğu
– Mərasimin möhtəşəm atəşfəşanlıq səhnəsinin hazırlanması üçün sahədə 5 min saat əmək sərf olunub
– Atəşfəşanlığın musiqi ilə sinxronlaşdırılması üçün 200 saatlıq proqramlaşdırma işi həyata keçirilib
– Stadionun dam örtüyündə 120 ədəd pirotexniki işəsalma qurğusu yerləşdirilib.
Qeyd edək ki, Bakı- 2015 Avropa Oyunlarında 16 olimpiya idman növü və dörd qeyri-olimpiya idman növü olmaqla ümumilikdə 20 idman növü üzrə yarışlar keçirilib. 17 yarış günü ərzində Avropanın hər yerindən 6000-dən çox idmançı öz xalqlarını təmsil ediblər.
İdman növlərinin on ikisi 2016-cı ildə keçiriləcək Rio De Janeyro Yay Olimpiya Oyunları üçün kvalifikasiya imkanları yaradıb. Sözügedən idman növlərinin sırasına kamandan oxatma, atletika, boks, velosiped idmanı, cüdo, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, voleybol və güləş daxildir.
Avropa Oyunlarının keçirilməsi Bakı şəhərinə Avropa Olimpiya Komitələri (EOC) tərəfindən 2012-ci ilin dekabr ayında həvalə olunmuşdu.
mənbə :
anspress