29.06.2015 / 16:17 xeber –
Ölkə başçısı bu gün bununla bağlı sərəncam imzalayıb
Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Lent.az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və I Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Mehriban Arif qızı Əliyeva “Heydər Əliyev” ordeni ilə təltif edilib.
mənbə :
lent.az