01:09 xeber – Arqentinalı fermeri Santyaqo Menendes naməlum şəxslər tərəfindən pul müqabilində oğurlanıb.
ANS PRESS-in məlumatına görə, fermerin oğrularla Argentina yığmasının hücumçusu haqqında söhbət aparması onu ölümdən xilas edib.
Məsələ ondadır ki, fermer cinayətkarlarla münasibəti qaydaya salmaq üçün futbol haqqında danışmağa başlayıb. Söhbətin gedişatında fermer əfsanəvi həmyerlisinin soyadını dəfələrlə qeyd edib. Messinin adını eşidən oğrular birdən yumşalıb. Fermer bildirib ki, pul ödəndikdən sonra oğrular onu öldürməyi planlaşdırıbmış, amma sonradan fikrini dəyişiblər.
“Əminəm ki, bu, Messiyə görə oldu “, – deyə fermer sevinir. Oğurlandıqdan iki gün sonra Menendes girov müqabilində buraxılıb.
mənbə :
anspress