09:20 xeber – Rusiyanın Kemerovo vilayətində Azərbaycan vətəndaşı hüquq və asayiş qoruyucularına qarşı hərəkətlərinə görə məhkəmə qarşısına çıxıb.
ANS PRESS-in məlumatına görə, Rusiya Federasiyasının Kemerovo vilayəti üzrə İstintaq komitəsinin istintaq orqanları tərəfindən 37 yaşlı adı çəkilməyən Azərbaycan vətəndaşı barədə apardığı cinayət işi bağlanıb.
Azərbaycanlı məhkəmə hakiminə qarşı sağlamlığa ziyanvurma təhlükəsi yaratmaq, məhkəmə üzvlərinin təhqir olunması, məhkəmə hakiminin təhqir olunması, hökumət nümayəndəsinə qarşı güc tətbiqetmə, təhqir maddələri ilə mühakimə olunub.
Kemerovo vilayəti üzrə İstintaq komitəsinin istintaq orqanları mətbuat xidmətinin bildirdiyinə görə, istintaqın versiyasına əsasən 2014-cü ilin iyun ayında ittiham olunan polis şöbəsində olarkən əməkdaşların birinin gözünə gözyaşardıcı bibər qazı püskürdüb. Daha sonra azərbaycanlını inzibati məhbuslar üçün kameraya yerləşdiriblər. Burada o baş verənlərə narazılığını bildirərək növbətçi hissənin əməliyyatçısını söyərək təhqir edib.
Lakin azərbaycanlı bununla da kifayətlənməyib. İnzibati məsələyə baxış üçün keçirilən məhkəmə zalında da o öz tərbiyəsizliyini davam edib. Bu zaman azərbaycanlı hakimi təhqir edərək hədələməyə başlayıb. O hətta hakimin üzərinə hücum çəkərək onu vurmağa da çalışıb. Onun zorakılıq fəaliyyəti nəticəsində məhkəmə iclasında iştrak edən tərcüməçi də zədə alıb. Azərbaycanlı tərcüməçi xanımı da təhqir etməyi unutmayıb.
İstintaq yetərincə dəlil bazası toplayaraq aidiyyati üzrə son nəticə qərarı üçün məhkəməyə təqdim edib.
mənbə :
anspress