Azadliq.az
Azərbaycan Xəbərləri













Azadliq » Xeberler» Xeber
31/08/2018

Sabiq nazirin dostunun bankı kredit verməyi dayandırdı

Sabiq nazirin dostunun bankı kredit verməyi dayandırdı




Sabiq MTN şefi ilə Çingiz Əsədullayevi hansı maraqlar birləşdirirdi?
Azərbaycanın ən uzunömürlü və aparıcı banklarından biri olan “AG Bank” kredit verməyi dayandırıb. Bu barədə “qaynarinfo” saytı məlumat yayıb. Sayt yazır ki, bankın əməkdaşları bildirib ki, kreditlərin verilməsi artıq 2 aydır ki, dayanıb. Amma bunun səbəbi izah edilmir. Hazırda bank bütün növ istehlak, biznes və digər kreditləri ayırmağı dayandırıb. Hətta “AG Bank”ın məşhur olduğu ipoteka kreditləri də “limit bitməsi” səbəbindən başa çatıb. Bankdan bildirilib ki, hazırda kredit yalnız bankda əmanəti olanlara verilə bilər, o da əmanətin məbləğinin 50 faizi qədəri.

 “AG bank”ın problemləri var”
İqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, “AG bank”ın digər Azərbaycan bankları kimi problemləri var: “Amma qeyd etməliyəm ki, bu bankın digərilərindən fərqi odur ki, problemli kreditlərinin etibarlı girov təminatı var. Prinsipcə, ”AG bank”ın kreditləri qayıtmır, amma girovu kifayət qədərdir. Yəni həmin kreditləri girova yönəltməklə geri qaytarmaq mümkündür”.
Belədirsə, “AG bank” niyə kredit verməyi dayandırıb?
Əkrəm Həsənov deyir ki, bunun bir neçə səbəbi ola bilər: “Mümkündür ki, bank kredit verib və kreditləri geri ala bilmir. Məhkəməyə müraciət edib kreditlərin girov hesabına ödənməsi barədə iddia qaldırsa, bir neçə ilə məhkəmə çəkişməsindən sonra buna nail olacaq. Normal ölkələrdə belə banklara Mərkəzi Bank kredit verməli, bankı problem bataqlığından çıxarmalıdır. Maliyyə Bazarlarına Nəzarət Palatası belə halda Mərkəzi Banka müraciət etməli, banka kredit verilməsini təmin etməlidir. Amma bu iki qurum arasında olan ziddiyyətlər banka kredit verilməsini əngəlləyəcək”.
“AG bank”la bağlı 3 il əvvəl yazılanlar gerçək olur?
Əslində isə “AGbank”ın çökəcəyi ilə xəbərləri yeni və gözlənilməz deyil. 2015-ci ilin oktyabrında bankın Müşahidə Şurasının sədri və əsas səhmdarlarından biri olan Çingiz Əsədullayevin mandatı ləğv olundu. Çingiz Əsədullayev 10 il parlamentə düşdüyü dairədən qalib kimi keçirilmişdi, amma bir anın içində onun mandat ləğv olundu. O günlərdə bankir təlaşını açıq şəkildə biruzə verməyə başladı. Mətbuata ürkək açıqlamalar verib ləğvetmə qərarını dəstəklədiyini dedi.

Ardından Çingiz Əsədullayevin əsas himayəçisi Eldar Mahmudov “vuruldu”. Həmin vaxtdan “AG bank”ın taleyi sual altına düşmüşdü. Daha Əsədullayevin arxaısnda güvəndiyi “MTN dağı”, cibində deputat “knijka”sı yox idi.

Lakin o dövrdə “AG bank”la bağlı haqq-hesab bir qədər ertələndi. Səbəb də üzdə idi – Eldar Mahmudova bağlı olan və ölkənin 1 nömrəli bankı “Azərbaycan Beynəlxalq Bankı”ndakı bitib-tükənməyən, mətbuatda “hörümçək toru” adlandırılan maxinasiyaların araşdırılmasına qərar verilmişdi. Əsədullayevin bankı Hacıyevin bankının yanında “kiçik balıq” idi.

Mahmudovun 2 bankirindən biri – Əsədullayev!
Eldar Mahmudov “vurulandan” sonra Cahangir Hacıyevlə yanaşı Çingiz Əsədullayevin də ona bank transferlərində dəstək verdikləri üzə çıxmışdı. “Beynəlxalq Bank işi”ndə dindirilən iş adamları arasında Çingiz Əsədullayevin də adı keçirdi. O dövrdə Çingiz Əsədullayevin məhz Eldar Mahmudova görə hədəfə gəldiyi şübhə doğurmurdu. Belə məlumatlar da yayılırdı ki, Mahmudov-Hacıyev çetesi külli miqdarda pulları onun bankının vasitəsilə ölkədən çıxarıb. Bu ittihamları təsdiqləyən məlumatı İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri yaymışdı. Məlum olmuşdu ki, Ç.Əsədullayev Cahangir Hacıyevlə bərabər dövlətin külli-miqdarda vəsaitini mənimsəyib.

Mahmudovun iş adamlarından aldığı xəracı Əsədullayevin Şahin adlı sürücüsü hara daşıyıb?
Məsələn, Eldar Mahmudovun köməkçisi və əmisi oğlu Vüqar Mahmudovun cinayət işi ilə bağlı yayılan məlumatlarda “AG bank”, onun əsas səhmdarı Çingiz Əsədullayevin adı qırmızı xətlə keçirdi.

Bununla bağlı yazdıqlarımızdan sitat: “Vüqar Mahmudov Eldar Mahmudovun ”sağ əli” hesab edilirdi. Eldar Mahmudovun köməkçisi statusunda olsa da, bir çox hallarda nazir müavinlərindən artıq səlahiyyətli olub. İddialara görə, onun kabinetində bir neçə iri seyf olub. Həmin seyflərə iş adamlarından, müxtəlif vəzifə sahiblərindən, məmurlardan toplanan xəraclar yığılıb. Sonradan həmin pullar kisələrə doldurularaq “AG bank”a daşınıb. Məlumdur ki, “AG bank” rəhbəri Çingiz Əsədullayevlə Eldar Mahmudovun çox yaxın münasibətləri var, sabiq nazir “vurulan”dan sonra Çingiz Əsədullayev mətbuata açıqlamasında bu əlaqələri gizlətməyib. Eldar Mahmudov MTN-ə rəhbərlik etdiyi dövrdə ayrı-ayrı iş adamlarından alınan pullar “AG bank”a daşınaraq oradakı hesablara yatırılıb.

Bu əməliyyatlara Vüqar Mahmudov rəhbərlik edib. MTN-də yığılan rüşvət pullarının kisələrə doldurularaq banka rahat daşınmasına hazırlıq görülürmüş. Çingiz Əsədullayevin Şahin adlı sürücüsü onun xidməti maşını – qara rəngli, Az 10 JO 900 nömrə nişanlı “Mutsibishi Pajero” ilə həftədə bir neçə dəfə MTN-ə gedərək oradan maşına yüklənən pul dolu kisələrlə banka qayıdıb. Pulun sürücüyə təhvil verilməsinə də Vüqar Mahmudov nəzarət edib. Sonradan “qara pul”lar xaricdəki bank hesablarına ötürülüb”.

Mandatını itirdi, səhmlərinin sayını artırdı?
Çingiz Əsədullayev mandatını itirdikdən sonra “AG bank”da səhmlərinin sayını artırmağa başladığı da müşahidə edilmişdi. İlk vaxtlar bəzi dairələr bunu “blef” adlandırırdılar. Düşünürdülər ki, Çingiz Əsədullayev bu məlumatları dövriyyəyə buraxmaqla ayaqda olduğunu nümayiş etdirməyə çalışır. Həmin dövrdən bu günə qədər Çingiz Əsədullayevin “AG bank”da payı xeyli artıb.

Hazırda onun bankda payı ailə üzvləri də daxil olmaqla 33,57 faizdir. Deputat olduğu dövrdə isə Çingiz Əsədullayevin payı 23,096 faiz idi. Bu rəqəmlərə nəzər salanda belə təsəvvür yarana bilər ki, Əsədullayev Mahmudov “vurulandan” sonra daha da güclənib.

Bəs əslində vəziyyət necədir?
Bankın saytında https://www.agbank.az/az/about-bank/shareholders/ ttps://www.agbank.az/az/about-bank/shareholders/ yer alan və səhmdarlarla bağlı məlumat belədir:

Beynəlxalq Maliyyə Korporasiyası – 4,28%

Kazimir Partners şirkəti – 2,45%

Əsədulla Çingiz (ailə üzvləri daxil olmaqla) – 33,57%

Yusufov Fərzulla (ailə üzvləri daxil olmaqla) – 5,79%

Marçenko Qriqoriy – 8.30%

Səhmdarların ümumi sayı 83 , minaritariyaların sayı 82 onların ümumi payları – 66,43%

Faktiki isə baş verənlərdən sonra (Çingiz Əsədullayevin mandatının ləğvi, Eldar Mahmudovun “vurulması”) “AG bank” səhmdarların öz paylarını Çingiz Əsədullayevə sataraq bankdan çəkilmələri kimi qəbul edilir. Bu isə Eldar Mahmudova yaxın bankirə yaxşı perspektiv vəd etmir.

Mandatını itirən Çingiz Əsədullayev bankını itirməyəcək ki?
Xatırladaq ki, “AG bank” 2017-ci ili 6 milyon 688 min manat zərərlə başa vurub. Eyni vəziyyət bu il də davam edib. 2018-ci ilin ilk rübündə bankın zərəri 3 milyon 223 min manat, ilk yarım ilin nəticəsində isə 5 milyon 139 min manat təşkil edib. İlk yarım ildə bankın həm gəlirləri, həm də xərcləri 21-23% azalıb. Bankın məcmu kapitalı 41 milyon 486 min manat təşkil edir ki, bu da Mərkəzi Bankın tələbindən 8,5 milyon manat aşağıdır. Hazırda “AG Bank” məcmu kapitalı tələbə cavab verməyən 5 bankdan biridir. Son bir ildə bankın aktivləri nisbi ifadədə 3,3%, mütləq ifadədə 16,5 milyon manat azalıb.

Bankdan açıqlama – kredit verməyi dayandırmışıq!
Yazı çapa hazırlanarkən redaksiyamıza “AG bank”dan mövzu ilə bağlı açıqlama daxil olub. Həmin açıqlamanı olduğu kimi təqdim edirik: “1992-ci il noyabr ayının 9-dan 13 saylı lisenziya əsasında fəaliyyətə başlayan AGBank ASC (o vaxtı AzəriqazBank ASC adı ilə) 26 il ərzində Azərbaycan bank sektorunda göstərdiyi yüksək keyfiyyətli xidmət ilə hər zaman ön sıralarda olmuşdur. 2015-ci ildə ölkə iqtisadiyyatında baş verən dalğalanmalar, ölkənin o dövrdə əsas ixrac məhsulu neftin dəyərinin kəskin düşməsi və manatın il ərzində iki dəfə ucuzlaşması bank sektoruna da öz növbəsində mənfi təsirini göstərdi. Bəzi banklar ümumiyyətlə fəaliyyətlərini dayandırdı, digər banklar isə siyasətlərini yenidən gözdən keçirməli oldu. Əhalinin və şirkətlərin gəlirlərinin azalması öz növbəsində problemli kreditlərin kəskin artmasına səbəbiyyət verdi. Bu səbəbdən AGBank ASC problemli kredit portfelin artmaması üçün bir sıra addımlar atır. Daha dərin və riskyönümlü qiymətləndirmə aparılır və bankın müsbət tarixçəli müştərilərinə kredit ayırır.

Kreditlərin verilməsi siyasətinin dəyişdirilməsi Bankın mənfi halları aradan qaldırılması üçün atılmış adekvat addımdır. Bu heç də müvafiq bankın fəaliyyət imkanlarının məhdud olduğu anlamını daşımır. Qeyd etmək lazımdır ki, bankların fəaliyyəti yalnız kredit verilməsindən ibarət deyil. Hüquqi və fiziki şəxslərə göstərilən hesablaşma-kassa xidmətləri, ödəniş kartları xidmətləri və bir sıra digər xidmətlər bankın digər fəaliyyət sahələrinə aiddir. AGBank bu sahələr üzrə müştərilərə yüksək səviyyəli xidmət göstərməkdə davam edir. KİV-də işıqlandırılan səhmdarların ümumi yığıncağı “Banklar haqqında qanun”-a əsasən ildə ən az 1 dəfə keçirilməlidir və bu heç də bankın fəaliyyətinin pisləşməsi ilə bağlı deyil. Qeyd edilən iclas ötən fəaliyyət ilinin nəticələrini müzakirə etmək məqsədi ilə hər il keçirilən planlaşdırılmış iclasdır.

Bu cür proseslərin KİV tərəfindən qərəzli başlıq qoyularaq Bankın hüquqlarına və qanuni mənafelərinə hörmət edilməməsi “Azərbaycan Respublikasının KİV haqqında” qanunun 36.6 maddəsini pozur”.(musavat.com)















На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2019. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti