12:33 xeber – Azərbaycan milli komandasının yeni üzvü Eddi İsrafilov karyerasını İspaniyanın “Eybar” klubunda davam etdirəcək.
ANS PRESS klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçu yeni klubu ilə 1 illik müqavilə imzalayıb. Eddi “Eybar”da icarə əsasında çıxış edəcək. Ötən mövsüm Qranada forması ilə La Liqada 4 matça çıxan İrsafilov qapıya bir dəfə də olsun yol tapmayıb. 22 yaşlı futbolçunun müqavilə haqqı “Mursiya” klubuna məxsusdur.
Eddi İsrafilov “Qaranda” forması ilə
Peşəkar karyerasına da “Mursiya”da başlayıb və 52 matçda iki qol imza atıb. Azərbaycan milli komandası ilə debüt matçı Maltayla oyuna təsadüf edib. Eddi həmin matçda 80-ci dəqiqədə meydana çıxıb. Milli futbolçumuzun transfer olunduğu “Eybar” klubu ötən mövsümü 18-ci pillədə başa vuruib və növbəti mövsümdən ikinci liqada çıxış edəcək.
mənbə :
anspress