13.07.2015 / 13:25 xeber –
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə London Universitetinin (London School of Economics) birgə proqramında iştirak edəcək tələbələr təhsil aldıqları müddətdə London İqtisadiyyat Məktəbinin Londonda yerləşən kampusunda 3 həftəlik yay məktəbində iştirak etmək şansını əldə edə biləcək.
Universitetdən Lent.az-a verilən məlumata görə, yay məktəbində iştirak edən tələbələr London Universitetinin tədris mühitinə daha sıx inteqrasiya olunacaqlar.
Bununla yanaşı, analoji proqram üzrə təhsil alan tələbələrlə real ünsiyyət imkanı yaradılacaq. Həmçinin tələbələr London Universitetinin tədris infrastrukturundan daha çox faydalana biləcəklər.
mənbə :
lent.az