14:10 xeber – Türkiyənin “Fənərbaxça” klubuna transfer olunan hollandiyalı futbolçu Robin Van Persi iyulun 12-si axşam saatlarında İstanbula gedib.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, ulduz futbolçu İstanbul Sabiha Gökçen hava limanında möhtəşəm şəkildə qarşılanıb. Azarkeşlər qarşısına çıxar-çıxmaz gördüklərindən heyrətlənən Robin jurnalistlərin suallarını cavablandırarkən heyrətini gizlətməyib:
– Həqiqətən çox təsirləndim. “Fənərbaxça”nın futbolçusu olduğum üçün xoşbəxtəm. Azarkeşləri sevindirmək üçün əlimdən gələni edəcəm. Türkiyədə bütün klublara hörmətim var.
Professional kariyerasına 2001-ci ildə Hollandiyanın “Feyennord” klubunda başlayan Van Persi, üç mövsüm burada çıxış etdikdən sonra İngiltərənin “Arsenal” klubuna transfer olunub. “Topçular”ın heyətində 194 matçda 96 qola imza atan hollandiyalı ulduz, 2012-ci ildə daha bir ingilis nəhəngi “Mançester Yunayted”ə keçir. “Qırmızı şeytanların” heyətində isə 86 qarşılaşmada 48 dəfə rəqib qapılarına yol tapıb.
mənbə :
anspress