27.11.2008 / 16:42 xeber –
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə qonşusunu zorlamaqda təqsirləndirilən Şəmkir rayonunun Çənlibel kənd sakini Tural Şabanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Lent. az-ın məlumatına görə, hakim Rasim Sadıqovun sədrlik etdiyi prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
İttiham aktına əsasən, T.Şabanov 2008-ci il avqustun 8-də qonşusu Pərini (ad şərtidir – red.) zorlamaq üçün onun mənzilinə gəlib. Gecə vaxtı onun yatdığını görən T. Şabanov Rəriyə qarşı seksual xarakterli hərəkətlər edib. Bu zaman Pəri oyanaraq ona müqavimət göstərib. Lakin T.Şabanov məqsədinə nail olub.
Qeyd edək ki, Pəri Çənlibel kənd xəstəxanasının tibb bacısıdır. Həyat yoldaşı Rusiya Federasiyasında işlədiyindən, Pəri iki azyaşlı uşağı ilə tək yaşayır.
İstintaq zamanı T.Şabanov özünü təsirli bilmədiyini deyərək, Pərinin dəfələrlə gizli nömrə ilə ona zəng edib, evinə çağırdığını deyib.
Məhkəmə prosesi davam etdiriləcək.
T. Şabanov Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) və 157.1-ci (mənzil toxunulmazlığı hüququnu pozma) maddələrinə əsasən ittiham olunur.
Şəhriyar ƏLİZADƏ
mənbə :
lent.az