14:43 xeber – Fransada mağazada girov götürülən 18 nəfər xilas edilib. Azadlıq.az xəbər verir ki, anspress-in “Le Parisien”ə istinadla verdiyi məlumata görə, basqınçılardan biri həmin mağazada çalışan şəxs olub.
Şübhəli şəxslər hadisə yerindən qaça biliblər. Polis onların axtarışını hücum edilən mağazanın yerləşdiyi “Quartz” ticarət mərkəzində aparır.
Basqın zamanı şübhəlilərin əlində tüfəng olub. Lakin heç kim yaralanmayıb.
Mağazada olanlar 4 saat girov qalıblar.
Saat 13:26
Fransa günə növbəti çok hadisə başladı. Azadlıq.az xəbər verir ki, anspress-in “France Press” agentliyinə istinadla verdiyi məlumata görə, naməlum şəxslər 10-a yaxın insanı girov götürüblər.
Hadisə paytaxt Parisin yaxınlığındakı Vilnev-la-Qaren şəhərində, Primark mağazasında baş verib. Mağaza geyim, kosmetika məhsulları satışında ixtisaslaşıb.
Səhər saat 06:30-da silahlı 2-3 nəfər mağazaya basqın edib. Onlar içəridəki insanları girov götürüblər. Girovlardan biri hadisə zamanı öz dostuna baş verən hücumla bağlı SMS göndərə bilib.
Hələlik xüsusi xidmət orqanları hadisənin terror olub-olmaması barədə açıqlama verməyiblər. Hadisəyə ilkin səbəb kimi qarət göstərilir.
Hazırda hadisə yerində xüsusi təyinatlılar çalışırlar.
Xatırladaq ki, bu il başlayandan Fransada bir-birinin ardınca bənzər hadisələr baş verib. İlk hadisə yanvar ayında qeydə alınıb. 3 nəfər silahlı şəxs “Charlie Hebdo” satirik jurnalının redaksiyasına silahlı hücum edib. Terror hücumu nəticəsində Məhəmməd peyğəmbərin (s.ə.s) karikaturasını çəkən jurnalın 12 əməkdaşı güllələnib. 11 nəfər isə yaralanmışdı.
Bütün dünya, o cümlədən Azərbaycan bu terror aktını kəskin şəkildə qınamışdı.
Lakin sonradan Fransada baş vermiş terror aktı ilə bağlı şübhəli məqamlar ortaya çıxıb. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, iddia edilir ki, terror aktı yaxşı qurulmuş tamaşa olub. Belə ki, Fransa prezidenti hadisədən 10 dəqiqə sonra həmin ərazidə peyda olub.
Bəziləri bunun tamaşa olduğunu iddia edir
Jurnalın redaksiyasına basqından sonra
Həmin gün ərzaq mağazasına edilən basqın nəticəsində daha 3 nəfər qətlə yetirilib. Bir neçə gün öncə isə Fransada qaz zavoduna naməlum silahlılar basqın ediblər. Polis hadisə yerindən başı kəsilmiş meyit aşkarlayıb. Hər üç faktın terror aktı olduğu qeyd edilir.
mənbə :
anspress