15:41 xeber – Hər dəfə qalmaqallı fikirləri ilə gündəmə gələn Petro Poroşenkonun
“Roşen” şirkətinə məxsus fabriki onun əlindən almaq istəyir.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, LDPR partiyasının rəhbəri Ukrayna prezidentindən xahiş edib ki, Lipeskdə yerləşən fabriki ona versin. Rusiyalı deputatın sözlərinə görə, belə olarsa o, Ukrayna hakimiyyətindən Kostopol şəhərindəki fabriki tələb etməyəcək.
Jirinovski Rusiya Dövlər Dumasında bundan əvvəl dəfələrlə Ukrayna hökumətinə müraciət edərək, Kostopol şəhərində babasının müəsissəsinin yerində inşa edilmiş fabrikin ona qaytarılmasını tələb etmişdi. Siyasətçi indi bu tələbindən imtina etməyə hazırdır.
“Poroşenkoya mübadilə təklif edirəm. O, mənə Lipeskdəki öz fabrikini verir, mən Kostopoldakı öz fabrikimin mənə qaytarılması tələbimdən əl çəkirəm” – yazaraq deputat Tvitter səhifəsində bəyan edib.
Vladimir Jirinovski – LDPR sədri
Vladimir Jirinovskinin dəfələrlə Ukrayna hakimiyyətindən Kostopol şəhərində babasının müəissəsinin yerində inşa edilmiş fabrikin özünə geri qaytarılmasını tələb edib. Sözügedən müəsissə İkinci Dünya müharibəsində dağılıb, onun əsasında isə başqa fabrik tikilib.
Jirinovski bildirib ki, artıq əvvəllər də keçmiş Ukrayna prezidentləri Viktor Yuşşenko və Viktor Yanukoviçə, eləcə də eks baş nazir Yuliya Timoşenkoya fabrikin ona qaytarılması tələbi ilə müraciət edib, lakin hələ də onun üzərində hüquqlarını ala bilməyib.
mənbə :
anspress