13.07.2015 / 23:18 xeber –
Rusiyanın tanınmış rejissor-aktrisası Valeriya Qay Hermanika və sevgilisi rəqqas Vadim Lyubişkin münasibətlərini rəsmiləşdiriblər.
Axşam.az-ın Rusiya mediasına istinadən məlumatına görə, nikah mərasimində onların qohumları və yaxın dostları iştirak edib. Toyun da yaxın zamanda baş tutacağı gözlənilir.
Qeyd edək ki, Valeriya və Vadim "Ulduzlarla rəqs" teleşousunda tərəf müqabili olduqdan sonra aralarında sevgi münasibəti də başlayıb.
mənbə :
lent.az