00:06 xeber – Yay fəslində qış aylarına nisbətən, çirkli su hövzələrində, binaların zirzəmilərində ağcaqanadlar daha aktiv olmağa başlıyır. Bu da insanlar arasında malyariya xəstəliyinin yayılma ehtimalını artırır.
Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, bütün bunları nəzərə alan Respublika Gigieniya və Eptimalogia Mərkəzi, paytaxda və ölkə ərazisində malyariya xəstəliyilə bağlı manitorinqlər həyata keçirir. Hər il olduğu kimi aparılan araşdırmalar zamanı əsasən Kür-Araz və Lənkaran ovalıqlarında, malyariya xəstəliyinin yayılma ehtimalı daha yuksək qiymətləndirirlib. Buna da səbəb həmin ərazilərdə bataqlıqların çox olması ilə əlaqələndirilir.
Amma bütün bu təhlükələrə baxmayaraq istər paytaxt ərazisində, istərsə də bölgələrdə mərkəz tərəfindən xəstəliyə tutulma halı aşkar olunmayıb.
“Bakı şəhərində malyariya xəstəliyinin yayılma etimalı sıfıra bərabərdir. Çünki, malyariya xəstəliyinin yayılmasına səbəb olan bataqlıqlar mərkəzdə mövcud deyil. Əsasən də bu xəstəliyi yayan ağcaqanadlardır. Bu ağcaqanadlar isə bataqlıq ərazilərdə artıb çoxalır”, – deyə mərkəzin parazitaloqiya şöbəsinin müdiri Süleyman Məmmədov bildirib.
Ümümilikdə dünyada 4 növ malyariya ağcıqanadı mövcuddur ki, onlardan da biri ölkəmizdə yayılıb. Amoflis cinsinə mənsub olan bu ağcıqanadlar 90-cı illərdə Azərbaycanda malyariya xəstəliyinin insanlar arasında yayılmasına səbəb olmuşdu. Belə ki,1994-cü ildə 660, 1996-cı ildə isə 13135 nəfər malyariya xəstəsi kimi qeydiyyatdan keçmişdir.
Görülən tədbirlər nəticəsində növbəti illərdə xəstəlik sürətlə azalmış, son bir neçə ildə isə ümumiyyətlə qeydə alınmamışdır.
Mərkəzdən onu da bildirdilər ki, təhlükəli ərazilərdə sakinlər arasında yoxlamalar aparılır. Müraciət edən hərarətli xəstələr arasında şübhəlilər olarsa, qan analizləri götürülür. Əgər xəstəlik ehtimalı aşkarlanarsa, dərhal nəzarətə götürülür.
mənbə :
anspress