01:32 xeber – Milli Parka üz tutanlar arasında sevgililər, yeni evlilər daha çox üstünlük təşkil edir. Son vaxtlar Milli Park ərazisində ucaldılan sevgi ağacında asılan qıfil sayından bunu bilmək olar. Onların inancına görə sevgini əbədiləşdirən bu ağac həm də həyat boyu xoşbəxtlik nəsib edir.
Qəhramanım Kamil Ağ şəhər bulvarında yerləşən “Məhəbbət” ağacında sevdiyi xanımı ilə məhəbbətini həkk edənlərdən biridir. O inanır ki, bu ağacın üzərindən sevgisinin simvolu olan qıfılı bağladıqda, o ona uğur və səadət gətirəcək:
“Arzu tutub istədiyin qızıla birgə bura gəlib qıfıl bağlayırsan. Hərdən gəlib baxırıq”.
Deyəsən, bu “Məhəbbət” ağacının gücünə inanan gənc sevgililər heçdə azlıq təşkil etmir. Çünki iki metr hündürlüyündə olan metal konstruksiyalı bu qeyri adi ağacın budaqlarında saysız kilidin vurulduğunun şahidi olduq.
Kimi sevgisinin böyüklüyünü sübut etmək üçün daha böyük kiliddən istifadə edib, kimisi də kilidin üzərində adlarının baş hərflərini, arzularını, şəkillərini həkk edib.
Öz duyğularının möhkəmliyini sübut etmək istəyən cütlüklərin üz tutduqları bu park artıq sevgililərin daimi məskanına çevrilib. Hətta sevgililərin bu addımını qıraqdan izləyənlərə də rast gəldik.
Dünyanın əksər ölkələrində ənənəvi olaraq gənclər ya kilid, ya lent bağlayaraq öz sevgilərini bir azda gücləndirəcəklərinə inanırlar. Artıq bizdə də belə bir ənənə var.
Elə təsadüfü deyil ki, “Məhəbbət ağacı” layihəsinin təqdimatı məhz fevralın 14-nə sevgililər gününə təsadüf edib.
mənbə :
anspress