04:10 xeber – Türkiyədə ali məktblərə hazırlıq kurslarının ləğv olunmasını tənzimləyən qanun Konstitusiya məhkəməsi tərəfindən ləğv olundu. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, qərar Konstitusiya məhkəməsi üzvlərinin səs çoxluğu ilə qəbul edilib. Konstitusiya məhkəməsinin bu qərarı ilə 1 sentyabr 2015-ci ildən bağlanması tələb olunan hazırlıq kursları fəaliyyətlərinə davam edəcək.
Sabiq baş nazir, indiki prezident Rəcəb Tayyib Ərdoğan
Xatırladaq ki, hazırlıq kurslarının bağlanması məsələsi ilk dəfə baş nazir olduğu dövrdə Rəcəb Tayyib Ərdoğanın, “Bir şagird hazırlıq kurslarını bitirərək ali məktəbə daxil ola bilirsə biz orda olan sistemi orta məktəblərdə tətbiq edərik” – sözləri ilə gündəmə gəlmişdi.
Haırlıq kurslarının taleyi Türkiyə parlamentində müzakirə olundu
Hazırlıq kurslarının bağlanmasını tələb edən layihə 2014-cü il fevralın 28-də Türkiyə Böyük Millət Məclisində keçirilən plenar iclasda 22-yə qarşı 226 səs çoxluğu ilə qanunlaşmışdı.
Türkiyənin 10-cu prezidenti Abdullah Gül
Qanun həmin il martın 13-də prezident Abdullah Gülün imzalaması ilə qüvvəyə minmişdi.
Qərarın müzakirəyə çıxarılması və qanunlaşaraq qüvvəyə minməsi Ərdoğan iqtidarı ilə Fətullah Gülənin “Xidmət” hərəkatı arasında bu gün də davam edən ciddi münaqişələrə səbəb olub.
mənbə :
anspress