06:55 xeber – Rusiyanın Kemerovo əyalətində (Kuzbas) 31 yaşlı Azərbaycan vətəndaşı qətl və sağlamlığa qəsdən ağır xəsarət yetirmə maddəsi ilə günahkar elan olunub.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, istintaq və nəhkəmənin iddiasına görə o 32 yaşlı şəhər sakinini qətlə yetirib.
Dövlət ittihamçısının iddiasına görə 2014-cü ilin aprel ayında 4 nəfər kafedə istrahət edirmiş. Bu zaman onların kafeyə gələn digər müştəri ilə sözləri çəp gətirib. Tərəflər tutuşduqda aranı kafenin gözətçiləri sakitləşdirə biliblər. Lakin kafeni tərk etdikdən sonra onlara hücum olub.
Nəticədə gecə saat bir radələrində üzərində şiddət əlamətləri olan 32 yaşlı kişinin meyiti tapılıb. Daha bir nəfəri isə ağır vəziyyətdə xəstəxanaya çatdırıblar. Üçüncü isə yüngül xəsarətlə canını qurtara bilib- deyə RF regional istintaq idarəsindən bildirirlər.
Rusiya polis maşını
Qatili isti izlərlə tutmaq mümkün olmayıb. O Kuzbasdan çıxa bilib. Qayıdıb polisə təslim olmağı isə ona hadisəni öyrənən qohumları tövsiyyə edib.
Nəticədə məhkəmə azərbaycanlını günahkar hesab edərək, onu ağır rejimli koloniyada 11 il cəzaya məhkum edib. Qərar hələ ki, qanuni qüvvəsinə minməyib.
Rusiyada oğurluq edən azərbaycanlı tutulub
Rusiyada azərbaycanlılar bir-birini güllələdi
Rusiyada kütləvi dava, azərbaycanlılar yaralandı
Rusiyada azərbaycanlı qardaşlar tutulub
mənbə :
anspress