09:45 xeber – Türkiyənin Kapadokya bölgəsində yay təlim məşq toplanışını davam etdirən “Xəzər Lənkəran” bu gün ikinci yoxlama oyununa çıxacaq.
Azadlıq.az xəbər verir ki, anspress-in klubun rəsmi saytına istinadən verdiyi məlumatına görə, Yunis Hüseynovun komandasının rəqibi qardaş ölkənin əsas liqa təmsilçisi “Kasımpaşa” klubudur. Ötən mövsümü 13-cü pillədə başa vuran Türkiyə klubu 94 illik tarixə malikdir. Cənub təmsilçisi isə 2014-2015 mövsümünü 32 xalla 7-ci pillədə başa vurub.
“Xəzər Lənkəran”ın Kapadokyada məşqindən
“Xəzər Lənkəran” bundan əvvəl keçirdiyi yoldaşlıq matçında Türkiyə 3-cü liqa təmsilçisi “Niğdespor”a minimal hesabla qalib gəlmişdi. Təmsilçimizin qoluna Rəşad Eyyubov imza atmışdı.
2014-15 mövsümündə işləri heç də yolunda getməyən cənub təmsilçisi bundan əvvəl “Kayseri Ərciyəsspor”un A2 komandasına qarşı yoxlama oyunu keçirməli idi. Lakin, rəqib komandanın xahişinə əsasən bu qarşılaşma qeyri-müəyyən vaxta təxirə salınmışdı. Səbəb isə türk klubunun heyətində bir sıra futbolçunun zəhərlənməsi idi.
Super Liqa təmsilçisi ilə baş tutacaq Nevşehir stadionunda keçiriləcək və Bakı vaxtı 19:30-da start götürəcək.
mənbə :
anspress