14.07.2015 / 10:52 xeber –
Azərbaycan diaspor təşkilatı ilə Ukraynanın iki universiteti arasında əməkdaşlıq barədə Memorandum imzalanıb. Lent.az-ın məlumatına görə, bu günlərdə Ukrayna Dövlət Dəmir Yolu Nəqliyyatı Universiteti və Yaroslav Mudrıy adına Ukrayna Milli Hüquq Universiteti ilə Ukraynanın Xarkov şəhərində fəaliyyət göstərən Beynəlxalq Gənclər Forum arasında birgə anlaşma, qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi barəsində Memorandum imzalanıb.
Xatırladaq ki, Beynəlxalq Gənclər Forumu 2011-ci ildə Ukraynanın Xarkov şəhərində təsis edilib və Forumun təsis edilməsində məqsəd aktiv və istedadlı gəncləri bir araya yığmaq, birgə müxtəlif proqramlar hazırlamaq, yeni ideya və təkliflər üzərində çalışmaq və dünya gənclər təşkilatları arasında aparıcı mövqedə yer tutmaqdır.
Forumun təsisçisi və sədri “Azərbaycan dəmiryolçusu” qəzetinin əməkdaşı Ziya Zakir oğlu Məmmədovdur. Forum fəaliyyətə başladığı vaxtdan ABŞ, Rusiya, Almaniya, Böyük Britaniya, Ukrayna, Polşa, Fransa, Misir,Turkiyə, İsrail kimi ölkələrin gənclər təşkilatları ilə sıx əlaqə qurub və bu ölkələrdə Azərbaycanın mədəniyyəti, tarixi və dahi şəxsiyyətləri geniş təbliğ olunur.
mənbə :
lent.az