11:01 xeber – Dünya birjalarında Azərbaycan neftinin qiyməti bahalaşıb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən ANS PRESS-ə verilən məlumata görə, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 0,13 dollar bahalaşaraq 60,07 dollara çatıb.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,32 dollar ucuzlaşaraq 51,63 dollar olub.
WTI neftinin son iki aylıq qiymət cədvəli
Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 0,25 dollar azalaraq 57,44 dollar təşkil edib.
Brent neftinin son 5 aylıq qiymət cədvəli
Qərb analitikləri hesab edir ki, neftin sürətlə ucuzlaşmasına səbəb İranın tamamilə “qara qızıl” bazarına qayıtması və Yunanıstandakı vəziyyət, o cümlədən Avrozonadan çıxma ehtimalının olmasıdır. Hadisələr birjalar üçün neqativ məcrada davam edərsə, birjaların cavabı da adekvat olacaq və bu gedişlə, yaxın perspektivdə neftin qiyməti düşəcək.
mənbə :
anspress