11:42 xeber – “Tur de Frans” veloyürüşündə Rusiyanın şərəfini qoruyan “Tinkoff-Sakso” komandası itki ilə üzləşib.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, italiyalı peşəkar velosipedçi İvan Basso yarışı vaxtından əvvəl dayandırmaq məcburiyytində qalıb. Belə ki, velosipedçiyə müayinələrin birində xərçəng diaqnozu qoyulub. O, bu bəd xəbəri Tur de Fransın ilk istirahət günündə alıb. Ənənəvi müayinədən sonra Bassoda xərçəng şişi aşkarlanıb və o təxirəsalınmaz müalicə üçün yarışmadan ayrılmalı olub.
İvan Basso
Onun keçmiş rəqibi – beynə və ağ ciyərlərdə xərçəngə qalib gələn amerikalı velosipedçi Lans Armstron şəxsi twitter hesabında Bassoya dəstək ismarıcları paylaşıb.
Lans Armstronun twitter hesabındakı paylaşımı
Lans Armstron
Lans Armstron
37 yaşlı Basso Tur de Frans yarışmasının favoriti sayılmasa da, onun komandadan gedişi komandasına ağır zərbə vurub. Böyük idman təcrübəsi olan Basso, 2005-ci ilin Turunda ikinci, 2004-cü ildə isə 3-cü yerin sahibi olub.
mənbə :
anspress