15:35 xeber – Türkiyənin ən məşhur və cazibədar aktrisalarından biri, Azərbaycanda da böyük heyran kütləsinə sahib olan Tuba Büyüküstün gözlənilməz addım atıb.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, uzun, qara saçlı gözəl aktrisa dəblə ayaqlaşmaq qərarına gəlib. Bu məqsədlə o radikal addım atıb və onu ərəb dünyasının sevimlisinə çevirən və milyonlar qazandıran saçlarını kəsib. Daha doğrusu başının bir hissəsini keçəl qırxdırıb.
Məşhur aktrisa bunu serial və film çəkilişləri yekunlaşandan və mövsüm finalları başlayandan sonra edib. Bu barədə isə o özü İnstagram səhifəsində məlumat verib və fotosunu yerləşdirib.
Başının sol tərəfini tamamilə qırxdıram aktrisa fotonu “Bu bir layihə üçün deyil. Tamamilə öz istəyimlə saçlarıma bir dəyişiklik etdim”, deyə şərh edib.
O, saçlarını açdığı zaman keçəl olan hissənin görünmədiyini də deyib.
Azərbaycanda da çox sevilən aktrisa yeni dəbə ayaq uydurdu
Xatırladaq ki, gözəl aktrisa əkiz qız anasıdır. T. Büyüküstün 2011-ci ildə Parisdə aktyor Onur Saylakla ailə qurub. 2012-ci ildə cütlüyün Toprak və Maya adlı əkiz övladlar dünyaya gəlib. O, son olaraq “Kara para aşk” adlı serialda rol alıb.
O, həm də Tuba Büyüküstün UNICEF-in Türkiyədəki “Xoşməramlı səfiri” təyin edilib. O, Türkiyə və xaricdə yaşayan uşaqlar üçün əlindən gələni edəcəyini bildirib.
mənbə :
anspress