16:36 xeber – “Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rusiyanın “Qazprom” şirkəti tərəfindən “AzMeCo”ya (Azərbaycan Metanol Şirkəti) satılacaq qazın nəqlini təmin edəcək. SOCAR bu öhdəliklərlə bağlı “Qazprom” şirkəti ilə müqavilə imzalayıb”.
ANS PRESS- in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında SOCAR prezidenti Rövnəq Abdullayev deyib. O bildirib ki, Azərbaycanın Rusiya qazına ehtiyacı yoxdur: “Biz müqavilə öhdəliklərimizin hamısını yerinə yetiririk. Bilirsizniz ki, metanol zavodu tikilir. Bu zavod bizimlə uzunmüddətli qaz müqaviləsi bağlamayıb. Ona görə də, bizim o zavod üçün resursumuz yoxdur. Günah “AzMeCo”nun özündədir. Zavodu tikib, sonra qaz haqqında fikirləşiblər”, – deyə R. Abdullayev söyləyib.
SOCAR prezidenti bildirib ki, danışıqlar zamanı “AzMeCo”nun “Qazprom”dan qaz almasına etiraz etməyib. R. Abdullayev metanol istehsalçısının “Qazprom”dan qaz almasının normal hal olduğunu əlavə edib.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin müsahibəsi
mənbə :
anspress