21:35 xeber – Qubada isə iki qohum arasında baş verən mübahisə birini xəstəxanalıq, digərini həbsxanalıq edib.
Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, hadisə ötən gün gecə saatlarında Qubanın Amsar kəndində qeydə alınıb. 45 yaşlı Vüqar Zülfüqarov yeznesi, həm də xalası oğlu 49 yaşlı Mehdi Əsgərova bıcaqla xəsarət yeririb. Yaralı dərhal Quba Rayon Mərkəzi Xəstəxanasının cərrahiya söbəsinə çatdırılıb.
“Xəstə təcili cərahiyyə əməliyyatına götürülüb. Əməliyyat zamanı məlub olub ki, onun nazik bağırsağı zədələnib. Müvafiq cərahiyyə əməliyyatı aparılıb”, – deyə həkim Ramadan Fətəliyev bildirib.
Quba polisi yeznəsini bıçaqlayan Vüqar Zülfüqarovu saxlayıb. Şöbədən hazırda istintaq getdiyi bildirildi.
Əldə etdiyimiz məlumata görə, Vüqar Zülfüqarov hadisəni törədən zaman sərxoş olub və mübahisə şəxsi münasibətlər zəminində baş verib.
mənbə :
anspress