00:36 xeber – Ermənistanda elektrik enerjisinin qiymətinin artmasına etiraz edən yüzlərlə “Talana yox” hərakatının fəalları İrəvanın mərkəzi küçəsində oturaq etiraz aksiyalarına başlayıb.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, etirazçılar hazırda İrəvanın mərkəzi küçələri Maştoç və Amiryanı bağlayiblar.
Aksiyaçılar 23 iyun və 6 iyul aksiyalarında nümayiş iştirakçıları və jurnalistlərə zor tətbiq etmiş polis əməkdaşlarının şəkillərini tutaraq onların cəzalandırılmasını tələb edir.
Fəal Maksim Sarkisyanın sözlərinə görə, nümayişçilərin təqsirkar polislərin cəzalandırılması barədə prokurorluqdan zəmanət almayana qədər etirazlarını davam etdirəcəklərini bildirblər.
Qeyd edək ki, iyunun 23-də İrəvan polisi elektrik enerjisinin bahalaşmasına qarşı mübarizə aparmış “Talana yox” hərəkatının nümayişini dağıdarkən 237 nəfəri, həmçinin jurnalistləri saxlayıb.
İrəvanda qarşıdurma başladı
İrəvanda vəziyyət gərginləşir
mənbə :
anspress