10:13 xeber – Beynəlxalq Valyuta Fondu (BVF) Yunanıstanın maliyyə vəziyyəti ilə bağlı araşdırma aparıb.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, araşdırmalar göstərir ki, Afinaya Avropanın vermək istədiyindən daha çox yardım lazımdır.
Ölkənin Baş naziri Aleksis Tsipras narazı solçu deputatların səsini qazanmaq üçün onları razı salmağa çalışır. Çünki bu gün ölkə parlamentində sərt qənaət tədbirləri və liberal iqtisadi islahatlar paketi müzakirəyə çıxarılacaq. Məqsəd 85 milyard avroluq yardımı almaqdır.
BVF, Yunanıstanın Milli Statistika Agentliyi
BVF-nin hesabatında deyilir ki, Yunanıstanın maliyyə vəziyyəti əməlli-başlı pisləşib və Avropa ölkələri ona bütün borclarını ödəmək üçün 30 il vaxt verəcək. Yunanıstan borcu ancaq borc yüngülləşdirmə tədbirləri ilə saxlana bilər.
Ekspertlərin fikrincə, bu təhlil Almaniyada Yunanıstana daha çox pul verilməsinə dair müzakirələri ciddi şəkildə kəskinləşdirəcək.
Bütün cəhdlərə baxmayaraq hələ də Yunanıstanda əhalinin banklar qarşısında növbəsi davam edir.
Afinada sakinlər bankomatlar qarşısında növbədə.
İqtisadi islahatlar paketi səsverməyə çıxarılır
Merkelin Yunanıstana qarşı 17 saatlıq mübarizəsi
Yunanıstanda siyasi təlatüm başladı
Yunanıstan xilas oldu
Yunanıstan avrozonadan çıxır?
Avropa Yunanıstana “hə” deyir
mənbə :
anspress