15.07.2015 / 11:02 xeber –
Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda mübarizəyə başlayacaq.
Qurban Qurbanovun yetirmələri qitənin ən nüfuzlu klub turnirinə Monteneqronun “Rudar” klubu ilə görüşlə qatılacaq. Ardıcıl 2-ci dəfə Çempionlar Liqasında çıxış edən “Qarabağ” mövsümə ev oyunu ilə start verəcək.
Ötən mövsüm Avropa Liqasının qrupunda çıxış edən çempionumuz qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsinə doğru ilk addımını Bakıda atmalıdı. Bunun üçün təmsilçimiz sərfəli nəticə qazanmalıdı ki, gələn həftə baş tutacaq səfər matçında ciddi çətinlik yaşamasın
Çempionlar Liqası
II təsnifat mərhələsi
İlk oyun, 15 iyul
21:30. “Qarabağ” (Ağdam, Azərbaycan) – “Rudar” (Plyevija, Monteneqro)
Baş hakim: Sebastyan Koltesku, Radu Ginquleak, Mirça Qriqoriu, Katalin Qaman (hamısı Rumıniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
mənbə :
lent.az