11:20 xeber – Futbol üzrə Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları bu gün də davam edəcək.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, təmsilçimiz “Qarabağ” doğma publika önündə Monteneqronun “Rudar” klubunu qəbul edəcək. Tarixində ikinci dəfə bu turnirdə iştirak edəcək olan Ağdam təmsilçisi matçın favoritidir. Ötən mövsüm avrokuboklarda uğurlu çıxış edən “atlılar” ən azından bu mövsüm eyni nəticəni göstərməyə çalışacaq. Komandanın baş məşqçisi Qurban Qurbanov da azarkeşlərin onlardan daha yaxşı nəticələr gözlədiyini bildirib.
“Qarabağ”ın oyun öncəsi son məşqi
Ağdam klubunun iştirak ərizəsi də artıq məlumdur.
Qapıçılar: 1. Fərhad Vəliyev, 13. İbrahim Şehiç, 94. Xalid Oğuzxan
Müdafiəçilər: 2. Qara Qarayev, 4. Eltun Yaqublu, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 19. Azər Salahlı, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 55. Bədavi Hüseynov
Yarımmüdafiəçilər: 6. Vüqar Mustafayev, 7. Namiq Yusifov, 10. Dani Kuintana, 11. Elvin Məmmədov, 18. İlqar Qurbanov, 20.
Riçard Almeyda, 23. Tural Rzayev, 33. Eltun Turabov, 67. Alharbi Əl Jadeyaui 77. Cavid Tağıyev, 91. Coşqun Diniyev
Hücumçular: 9. Reynaldo, 99. Namiq Ələsgərov
“Qarabağ” yeni transfer etdikləri hücumçu Raydell Puponun adını da bu ərizəyə daxil ediblər.
“Qarabağ”ın yeni transferi Raydell Pupon
95 yaşlıq tarixə malik olan “Rudar” ev oyunlarını 10 min nəfərlik azarkeş tutumuna malik Qradski stadionunda keçirir. “Qarabağ”ın rəqibi Monteneqro çempionatı yarandığı ildən – 2006/07 mövsümündən bu müddətdə 2 dəfə ölkə çempionu olub, 1 dəfə gümüş, 1 dəfə də bürünc medalları qazanıb. Rudar 3 dəfə ölkə kubokunun qalibi olub.
Klubun Avropa arenalarında ən ciddi uğuru iki dəfə birinci təsnifat mərhələsini adlamasıdır. Klub Avropa miqyasında keçirdiyi 13 matçdan yalnız 3-də qələbə qazana bilib. 2 matçda rəqibi ilə sülhə razılaşan Monteneqro təmsilçisi 8 matçda rəqibinə məğlub olub. 10 dəfə rəqib qapılarına yol tapan “Rudar”, 22 dəfə topu öz qapısından çıxarmalı olub.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 21:30-da start götürəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda
mənbə :
anspress