11:35 xeber – Türkiyədə dəhşətli yol qəzası baş verib. Azadlıq.az xəbər verir ki, anspress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Bolu şəhərində sərnişin avtobusu aşıb. Qəzaya səbəb isə yağışdan sonra yolun sürüşkən olması və sürücünün idarəetməni itirməsi olub.
Nəticədə avtobus yolun ortasında aşıb. Onun arxasından gələn ikinci avtobusun sürücüsü qəzanın baş verdiyi görüb və ani əyləcə basıb. lakin o da qəzadan xilas ola bilməyib. Zəncirvari qəza nəticəsində ikinci avtobusda bariyerlərə çırpılıb və dəmir arakəsmələrin üzərinə çıxıb.
İlkin məlumata görə, qəza nəticəsində 6 nəfər ölüb, 40-dan çox yaralı var. Qəza İstanbul yolunun bağlanmasına da səbəb olub.
6 nəfərin ölümünə, 40 nəfərin yaralanmasına səbəb olan qəza.
Gecə saat 06 radələrində baş verən hadisə zamanı qəzaya uğrayan avtobus Niğdədən İstanbula gedirmiş.
Yaralıların yerləşdirildiyi xəstəxanalarda fövqəladə vəziyyət edilib. Ölü sayının artacağı istisna edilmir.
Bənzər hadisə bir neçə gün öncə baş vermişdi. Belə ki, üzüm yarpağı toplamaq üçün kəndlərdən yığdığı qadınları tarlaya aparaq yük maşını süd daşıyan maşınla toqquşmuşduqadınları tarlaya aparaq yük maşını süd daşıyan maşınla toqquşmuşdu. Qəza nəticəsində 15 qadın ölmüşdü.
mənbə :
anspress