13:43 xeber – Anasını itirdikdən sonra depressiyaya düşən müğənni Sevda Sanalıyeva oğlu ilə təsəlli tapır. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, gözlərinin yaşı qurumayan ifaçı, körpəsinə görə yaşamağa məcbur olduğunu deyir.
Gözüyaşlı Sevda oğlu ilə birlikdə çəkdirdiyi şəklini sosial şəbəkədə paylaşıb. O, fotonu belə şərh edib: “Səni verən Allaha qurban olum mən. Bal balam, təsəllim, məni yaşamağa məcbur edən tək səbəbim”.
Gözüyaşlı Sevda Sanalıyeva və 5 aylıq Elgün
Sevda Sanalıyevanın anası Rahilə Həmidova bu ilin 30 may tarixində uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Mərhumun böyrək çatışmazlığından əziyyət çəkdiyini bildirilirdi. 2013-cü ildə bir böyrəyi götürülən Rəhilə xanıma, təzəliklə yeni böyrək köçürülmüşdü. Sənətçi anasının sağalması və yaşaması üçün böyük səylər göstərsə də, əcəl öz sözünü deyib.
Xatırladaq ki, Sevda Sanəliyevanın körpəsini 27 fevral 2015-ci ildə dünyaya gətirib. Körpəyə Elgün adı verilib. Rəqqasə-müğənni ötən ilin yay aylarında ailə qurub.
Sevda körpəsi ilə oynayarkən
mənbə :
anspress