14:48 xeber – Dünən gecə saat 01:30 radələrində Şəkidə ilan sancma hadisəsi geydə alınıb. Şəki şəhəri Abid Əfəndiyev küçəsi ev 60 ünvanında yaşayan, 1971-ci il təvəllüdlü Abdulla Zahid oğlu Umarovu ilan sancıb. Hadisə xəsarət alan şəxsə məxsus mağazada baş verib.
Azadlıq.az xəbər verir ki, anspress-in bölgə müxbirinə istinadən veriyi məlumata görə baş barmağından ilan sancan A.Umarov Şəki rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə ona lazımi tibbi yardım göstərilib və hazırda vəziyyəti orta ağırdır.
Bu son yarım ayda Şəkidə baş verən ikinci ilansancma hadisəsidir.
Daha əvvəl rayonun Kiçik Dəhnə kəndində 6 yaşlı uşağı ilan sancıb.
mənbə :
anspress