15.07.2015 / 15:58 xeber –
İyulun 14-də saat 21 radələrində, Binəqədi rayon ərazisində, Bakı şəhər sakini Zahir Babayevə məxsus daş sexində bədbəxt hadisə baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, daş sexində işləyən paytaxt sakini Xalid Məmmədovu elektrik cərəyanı vurub. Nəticədə həmin şəxs ölüb.
mənbə :
lent.az