15:44 xeber – İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif altılıq ölkələri ilə tarixi nüvə razılaşması əldə olunduqdan bir gün sonra vətəninə qayıdıb.
Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, Zərif və danışıqlardakı İran heyətinin digər diplomatları hava limanında İran rəsmiləri tərəfindən qarşılanıb. Jurnalistlərə açıqlama verən İranın xarici işlər naziri bildirib ki, nüvə razılaşması ölkəsinin irəli getməsinə imkan yaradacaq.
“Bizim gələcək planlarımıza əsasən, elm və texnologiya sayəsində inkişaf etdirdiyimiz ən təkmil vasitələrin və alimlərimizin köməyi ilə, eləcə də ən yaxşı dünya texnologiyalarını tətbiq etməklə, kommersiyalaşdırılmış uran zənginləşdirmə sahəsində irəli gedəcəyik. Eyni zamanda, xalqımıza qarşı təzyiqedici sanksiyalar aradan qaldırılacaq”-deyə Məhəmməd Cavad Zərif sözlərinə əlavə edib.
Danışıqlarda iştirak edən İranın Atom Enerjisi Agentliyinin rəhbəri Əli Əkbər Salehi isə nüvə sazişində İranın uranı zənginləşdirmə hüququnun tanındığını qeyd edib.
mənbə :
anspress