15.07.2015 / 17:09 xeber –
“İŞİD şeytanlarının Çeçenistanda hətta qoxuları belə olmayacaq”.
Lent.az-ın vesti.ru-ya istinadən məlumatına görə, bu barədə Çeçenistanın başçısı Ramzan Kadırov bildirib. O, qeyd edib ki, ölkəsinin ərazisində İŞİD-in bazaları olmayıb, olmayacaq. “Biz eşitmişik ki, “İblis dövləti” Cənubi Qafqazda öz filiallarını yaradır və əhatəsi genişlənir. Mən bildirmək istəyirəm ki, bu şeytanların güvənəcəyi heç nə yoxdur və Çeçen Respublikasında onların bazaları, filialları, hətta qoxuları belə olmayacaq”.
mənbə :
lent.az