15.07.2015 / 17:17 xeber –
İraq hökuməti iyulun 16-nı rekord istilər səbəbindən rəsmi istirahət günü elan edib.
APA-nın RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, İraq hökumətinin rəsmi internet səhifəsində qeyd olunub ki, 16 iyul 2015-ci il tarixdə İraqın bəzi əyalətlərində havanın hərarəti rekord səviyyəyə – 50 dərəcəyə çatacaq. Bu səbəbdən ölkənin Nazirlər Şurasının Baş katibliyi 16 iyulu qeyri-iş günü elan edib.
Nazirlər Şurasının sədr müavini Həsən əl-Canabinin sözlərinə görə, bu qərar bank və hüquq-mühafizə orqanları istisna olmaqla, bütün dövlət müəssisələrinə şamil olunur.
mənbə :
lent.az