18:29 xeber – ABŞ-da yaşayan müsəlmanlar üçün iftar süfrəsi açılıb.
Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, Birləşmiş Ştatlarda yaşayan bir qrup türk iş adamı Razaman ayının son 3-cü günündə iftar süfrəsi açdı. Qurulan iftar çadırında 1000-nə yaxın inanc sahibi iştirak etdi. İftarda paytaxt Vaşinqton və digər qonşu ştatalarda yaşayan türklər, azərbaycanlılar və digər ölkələrindən olan müsəlmanlar bir yerə toplaşdı. 2 gün ərzində Sahur prqramı da təşkil olunacaq. İftar süfrəsi arxasında müsəlmanlarla yanaşı amerikalılar və digər xristianlar da əyləmişdi.
Müsəlmanlar hesab edirlər ki, xristian ölkəsində yaşamalarından asılı olmayaraq, müqəddəs Ramazan ayı bütün müsəlmanları bir süfrə arxasında birləşdirmək üçün ən münasib vaxtdır.
ABŞ-da yaşayan azərbaycanlı İbrahim Niyazov ABŞ-da namaz qılmaq üçün məscidlərin olduğunu da açıqladı.
ABŞ-da yaşayan türk Salən Bulca noyabr ayından bəri burada yaşadıqlarını və o vaxtdan belə bir tədbirə qatılmadığını dilə gətirdi. O burada ilk dəfə idi ki, Azan səsini canlı-canlı eşiidirdi.
ABŞ-da yaşayan digər türk Erhan Türk qeyd etdi ki, Ramazanda neçə ildir ki, dostlar belə iftar süfrələri təşkil edirlər. Qürbətdə hamı çox işlədiyindən, sadəcə Ramazanda bir yerə toplaşırlar.
Ramazan ayı boyunca ABŞ-da olan bir çox məscidlər iftar süfrələri təşkil etdi. Həm müsəlmanların, həm də xristianların bir süfrə arxasında əyləşməsi ilə iftar süfrələri müxtəlif dinlər birləşdirir.
mənbə :
anspress