22:00 xeber – Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” da 2014/15 mövsümündə avrokuboklarda mübarizəyə başlayıb.
Ağdam klubu Çernoqoriyanın “Rudar” klubunu qəbul edir. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21.30-da başlayıb. Qarşılaşmanı rumıniyalı FIFA referisi Sebastian Koltesku idarə edır.
Qeyd edək ki, “Qarabağ” ötən mövsüm Çempionlar Liqasının II təsnifat mərhələsində Maltanın “Valletta” klubunu mübarizədən kənarlaşdırsa da (1:0, 4:0), ardıncı Avstriya “Zalsburq”una uduzmuşdu (2:1, 0:2). Buna baхmayaraq mübarizəni Avropa Liqasının “pley-off”unda davam etdirən Qurban Qurbanovun yetirmələri “Tvente”ni səfər qolu hesabına (0:0, 1:1) keçərək turnirin qrup mərhələsinə vəsiqə qazanmışdı. “Qarabağ”ın bu dəfəki hədəfi Çempionlar Liqasının qrup mərhələsində çıхış etməkdi.
“Qarabağ”ın oyun öncəsi son məşqi
Çernoqoriya çempionu “Rudar” 1920-ci ildə yaradılıb. 95 yaşlı klub tariхi ərizində (Çernoqoriya müstəqillik qazandıqdan sonra) 2 dəfə ölkə çempionu, 3 dəfə kubokun qalibi olub. Bunadək avrokuboklarda 14 oyun keçirən komanda 3 qələbə qazanıb, 3 heç-heçə edib və 8 dəfə məğlub olub (top fərqi – 12:24).
Çempionlar Liqası
II təsnifat mərhələsi
Ilk oyun
15 iyul
21.30 Qarabağ (Azərbaycan) – Rudar (Çernoqoriya)
Hakimlər: Sebastian Koltesku, Radu Ginquleak, Mirça Qriqoriu, Katalin Qaman (Rumıniya).
Hakim inspektor: Vladimir Petrov (Ukrayna).
UEFA nümayəndəsi: İvan Lekov (Bolqarıstan).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Qurban Qurbanov: “Kim güclüdü, onlar da meydanda olacaq”
“Qarabağ”ın yeni transferi Raydell Pupon
95 yaşlıq tarixə malik olan “Rudar” ev oyunlarını 10 min nəfərlik azarkeş tutumuna malik Qradski stadionunda keçirir. “Qarabağ”ın rəqibi Monteneqro çempionatı yarandığı ildən – 2006/07 mövsümündən bu müddətdə 2 dəfə ölkə çempionu olub, 1 dəfə gümüş, 1 dəfə də bürünc medalları qazanıb. Rudar 3 dəfə ölkə kubokunun qalibi olub.
Klubun Avropa arenalarında ən ciddi uğuru iki dəfə birinci təsnifat mərhələsini adlamasıdır. Klub Avropa miqyasında keçirdiyi 13 matçdan yalnız 3-də qələbə qazana bilib. 2 matçda rəqibi ilə sülhə razılaşan Monteneqro təmsilçisi 8 matçda rəqibinə məğlub olub. 10 dəfə rəqib qapılarına yol tapan “Rudar”, 22 dəfə topu öz qapısından çıxarmalı olub.
“Qarabağ” – “Rudar”ın “qara bazar”ı
Göz yaşı tökən amerikalı jurnalistdən “Qarabağ” filmi
mənbə :
anspress