00:28 xeber – Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilir.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” da 2014/15 mövsümündə avrokuboklarda mübarizəyə başlayıb.
Ağdam təmsilçisi Çernoqoriyanın “Rudar” klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda qol vurulmayıb və matç 0:0 hesabı ilə başa çatıb.
Bununla da Çernoqoriya klubları bu mövsüm Azərbaycan təmsilçilərinə qarşı uğurlu seriyanı davam etdirib. Belə ki, bundan əvvəl bu ölkənin “Mladost” klubu Avropa Liqasının I təsnifat mərhələsində “Neftçi”yə rəqib olmuşdu. Komandalar arasında Bakıdakı oyun 2:2, Çernoqoriyadakı matç 1:1 hesabı ilə başa çatıb. Nəticədə “Mladost” mərhələ adlayıb.
Qeyd edək ki, “Qarabağ” ötən mövsüm Çempionlar Liqasının II təsnifat mərhələsində Maltanın “Valletta” klubunu mübarizədən kənarlaşdırsa da (1:0, 4:0), ardıncı Avstriya “Zalsburq”una uduzmuşdu (2:1, 0:2). Buna baхmayaraq mübarizəni Avropa Liqasının “pley-off”unda davam etdirən Qurban Qurbanovun yetirmələri “Tvente”ni səfər qolu hesabına (0:0, 1:1) keçərək turnirin qrup mərhələsinə vəsiqə qazanmışdı. “Qarabağ”ın bu dəfəki hədəfi Çempionlar Liqasının qrup mərhələsində çıхış etməkdi.
Çernoqoriya çempionu “Rudar” 1920-ci ildə yaradılıb. 95 yaşlı klub tariхi ərizində (Çernoqoriya müstəqillik qazandıqdan sonra) 2 dəfə ölkə çempionu, 3 dəfə kubokun qalibi olub. Bunadək avrokuboklarda 14 oyun keçirən komanda 3 qələbə qazanıb, 3 heç-heçə edib və 8 dəfə məğlub olub (top fərqi – 12:24).
Çempionlar Liqası
II təsnifat mərhələsi
Ilk oyun
15 iyul
Qarabağ (Azərbaycan) – Rudar (Çernoqoriya) 0:0
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev (91. Coşqun Diniyev, 74), 5. Maksim Medvedev, 9. Reynaldo, 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 67. Alharbi Əl Jadeyui, 77. Cavid Tağıyev (11. Elvin Məmmədov, 67).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Vüqar Mustafayev, 18. İlqar Qurbanov, 19. Azər Salahlı, 32. Elvin Yunuszadə.
Baş məşqçi: Qurban Qurbanov.
Rudar: 1. Miloş Radanoviç, 3. Corce Curiç, 8. Marko Vukoviç, 9. İvan Knejeviç (2. Alfonse Soppo, 86), 10. İqor İvanoviç, 11. Duşan Nesteroviç, 14. Predraq Brnoviç, 15. Radule Jivkoviç (7. Jeliko Tomaşeviç, 66), 16. Miroye Yovanoviç (18. Stevan Relyiç, 60), 17. Mirko Radişiç, 20. Nedeliko Vlahoviç (k).
Ehtiyat oyunçular: 12. Marko Lazareviç, 4. Vladan Qordiç, 6. Deyan Damyanoviç, 13. Miliya Qoluboviç.
Baş məşqçi: Mikro Mariç.
Sarı vərəqələr: Qara Qarayev, 43 – Radule Jivkoviç, 48. Jeliko Tomaşeviç, 78. Stevan Relyiç, 80. İqor İvanoviç, 88.
Hakimlər: Sebastian Koltesku, Radu Ginquleak, Mirça Qriqoriu, Katalin Qaman (Rumıniya).
Hakim inspektor: Vladimir Petrov (Ukrayna).
UEFA nümayəndəsi: İvan Lekov (Bolqarıstan).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
“Qarabağ” “savaşı” başlayıb
mənbə :
anspress