03:49 xeber – Bir neçə gün əvvəl “İç xəbər”ə müraciət edən Aygün Əmiraslanova övladının Neftçi idman klubunda müəllimə tərəfindən təhqir olunması və adınını atıcılıq bölməsinə salınmaması ilə bağlı şikayət etmişdi.
Qarşı tərəfin cavabı özünü çox gözlətmədi. Suraxanı rayonunda yerləşən Neftçi idman klubu ictimai birliyinin güllə atıcılığı bölməsində uşaqlara güllə atmağı məşqçi müəllimə Böyükxanım Aslanova öyrədir.
27 ildir bu sahədə fəaliyyət göstərən müəllimə peşəkarlar yetişdirmək üçün uşaqlarda maraq və istedada önəm verdiyini deyir. Onunu sözlərinə görə, valideynlə arasında konfliktin yaranmasına ilk səbəb uşağı bura gətirərkən sağlamlıq haqqında arayış istəməsi olub. Həmçinin sonradan valideynin məşqlərə yerli-yersiz müdaxiləsi mövcud vəziyyəti daha da çətinləşdirib:
“Aygün Əmiraslanovanın övladı burda ola bilərdi, sadəcə olaraq valdeynin yersiz müdaxilələri üzündən olmadı. Onun oğlunu atıcılıq bölməsinə götürmüşdüm. O, da burdakı uşaqlarla bir ola bilərdi. Bir daha xatırladım ki, valdeynin məşqlərə müdaxilə etməsi səbəbində bu mümkün olmadı. Belə ki, oğlanı götürdüyüm gündə Aygün Əmiraslanova başladı hər gün yersiz müdaxilələr etməyə. Valdeyinin əsas məqsədi uşağının idmanla məşğul olması deyil”.
O ki qaldı valideynini övladının məşq boyu ancaq qaçışla məşğul olması ilə bağlı ittihamı, müəllimə bunun vacib prosedur olduğunu deyir.
“Əvəlcə uşaq burda fiziki hazırlıq keçməlidir – qaçışdı, basketboldu. Çünki bilək bərkiməlidir. Axı burada silahdan istifadə olunur. Bilək bərkiməlidir ki, silahı əldə saxlaya biləsən. Eyni zamanda valebol oynamalıdı, düzdür gün ərzidə deyil. Amma bütün bunlar olmalıdır ki, fiziki cəhətdən uşağı hazırlaya bilim. Fiziki hazırlıqdan sonra keçirik növbəti mərhələyə, texniki hazırlığa. Texniki hazırlıq prosesi zamanı isə artıq biz uşaqları yarışlara hazırlayırıq”, – deyə məşqçi müəllimə Böyükxanım Aslanova qeyd edib.
Bir sözlə Böyükxanım Aslanova deyir ki, mən Azərbaycana güllə atıcılığı üzrə çempionlar yetişdirmək üçün əlimdən gələni edirəm və edəcəm. Bu sahəyə marağı olan uşaqların da yolunu gözləyirəm.
mənbə :
anspress