05:11 xeber – Ağsu rayonunda sürücünün ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Azadlıq.az xəbər verir ki, anspress-in FHN mətbuat mərkəzinə istinadən verdiyi məlumata görə, rayon ərazisində “KAMAZ” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində “VAZ” markalı minik avtomobilinin sürücüsü 1962-ci il təvəllüdlü Salmanov Mirsəlim Mirzəağa oğlu aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Avtomobildə sıxılmış vəziyyətdə qalmış meyit yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Əməliyyat saat 23:40-da başa çatıb.
mənbə :
anspress