16.07.2015 / 11:05 xeber –
Cəlilabad rayonu, Ocaqlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin zirzəmisində taxta atmalar 3 kv.m sahədə yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
mənbə :
lent.az